Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İSTİFADƏ EDİLMƏYƏN ƏŞYALARI SƏNƏT ƏSƏRİNƏ ÇEVİRƏN SƏNƏTKAR

0



  •         Xocalı sakini Kərimov Mehdi Çərkəz oğlu 1973-cü il avqust ayının 8-də anadan olmuşdur. Xocalı şəhəri işğal olunarkən didərgin həyatı onun da qismətinə yazılmışdır. Xoşxasiyyət,  səmimi bir insan olan Mehdi cəmiyyətdə davranış qaydalarına görə özünə hörmət qazanmışdır. Boş vaxtlarında çəyirdək qabıqlarından gül-çiçək düzəldir, istifadə edilməyən müxtəlif əşyalardan mozaikalar, naxışlar hazırlayır. Onun əl işləri hər kəsin zövqünə xoş gəlir. Çünki hazırladığı əl işlərinə gözünün işığını, dəyərli vaxtını böyük həvəs və sevgi ilə sərf edir. Yaradıcılığında dini suvinerlərə üstünlük verir. Bununla yanaşı, kənd həyatı, Azərbaycanın tarixi abidələri onun əl işlərində öz təzahürünü tapır. Hazırladığı əl işlərindən bir neçəsini Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinə və Nizami muzeyinə hədiyyə etmişdir. Onun əməyini alıcılar da yüksək dəyərləndirir. Mehdinin arzusu yaratdığı əl işlərinin sevilməsi və həqiqi dəyərini tapmasıdır.
            Mehdiyə həyatda və yaradıcılıq işlərində uğurlar arzu edirik.

    “XOCALININ SƏSİ”
               














































    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib82 dəfə
    İSTİFADƏ EDİLMƏYƏN ƏŞYALARI SƏNƏT ƏSƏRİNƏ ÇEVİRƏN SƏNƏTKAR

    Maraqlı gələ bilər
    61
    39
    42